İçeriğe geçmek için "Enter"a basın

Tovuzda 25 yaşlı qız pomidor turşusundan zəhərləndi

10-02-2016


10.02.2016 / 23:51 xeber –

Tovuzda zəhərlənmə olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Düz Qırıqlı kənd sakini, 1991-ci il təvəllüdlü Kaloğlanova Billurə Akif qızı zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Dərhal tibbi yardım göstərilsə də B. Kaloğlanovanın vəziyyəti ağır olaraq qalır. Məlumata görə qadın 3 gün əvvəl pomidor turşusu yeyib və bu gün özünü pis hiss etdiyinə görə xəstəxanaya gətirilib.

mənbə :
lent.az

Tovuzda 25 yaşlı qız pomidor turşusundan zeherlendi