22:15 xeber – Məşhur türkiyəli müğənni Kutsi həbs oluna bilər. Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, saxta hərbi bilet almaqda günahlandırılan müğənni və aktyor Kutsi 21 ildən 60 ilədək həbs oluna bilər.
Kutsi ilə yanaşı daha 30 nəfər də rüşvət və rəsmi sənəddə saxtakarlıq cinayətindən ittiham olunur.
Müğənninin vəkilinin iddiasına görə, 2006, 2007, 2009-cu illərdə ifaçıya verilən sənədlər onun ruhi sağlamlığının yerində olmaması haqda tərtib olunmuş həqiqi sənədlərdir.
“Hər üç sənəd həkimlərin tibbi rəyi ilə alınıb və 10 həkim tərəfindən imzalanıb”, – deyə ifaçının vəkili bildirib. İddianamədə hərbi xidmətdən yayınmaq istəyən şübhəlilərin 20-30 min dollar qarşılığında saxta sənəd hazırladıqları yer alıb.
mənbə :
anspress