13:04 xeber – Bu gün səhər saatlarından başlayaraq bəzi tütün məmulatlarının satış qiyməti ucuzlaşıb. Bu barədə ANS PRESS-ə mağaza satıcıları məlumat veriblər. Məlumata görə, ucuzlaşma ən çox satılan siqaretlərin qiymətində qeydə alınıb. Paytaxtdakı mağazalardan birinin Nərmin adlı satıcısının sözlərinə görə, siqaret qiymətlərində ucuzlaşma təxminən 10-15% həcmindədir. Məsələn, 2.60 manata olan siqaret 2.30, 3.20 manat olan isə 2.8, 3.3 manatdan 3.0 manata qədər düşüb.
Müşahidə apardığımız mağazaların bəzilərinin satıcıları isə qiymət ucuzlaşmasından xəbərsiz olduqlarını deyib. Onlar bu gün topdan satış mərkəzlərindən tütün məmulatları almadıqlarını deyiblər. Ucuzlaşmanın yaxın günlərdə bütün mağazalarda müşahidə ediləcəyi gözlənilir.
Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı verdiyi qərardan sonra dollar Azərbaycan manatı qarşısında 48% dəyər qazandı. Bundan sonra tütün məmulatlarının qiymətində də artım müşahidə edildi. Sonuncu dəfə yanvar ayının 8-də siqaret bahalaşıb. Mağazalarda satılan siqaretlərin satış qiymətlərindəki artım təxminən 20%-ə qədər müşahidə olunub.
Həmin gün bəzi mağazalar tütün məlumatlarının satışını ümumiyyətlə dayandırılıb.
Siqaretin yanvarın 8-də olan satış qiyməti
mənbə :
anspress