08.02.2016 / 13:05 xeber –
Bakıda qadın oğurluğa cəhd göstərərkən yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki fevralın 6-da saat 09 radələrində Binəqədi rayonu ərazisində yaşayan Elnurə Novruzovanın mənzilindən Baş Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olub.
Dərhal hadisə yerinə gəlmiş Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Əfsanə Muxtarova saxlanılıb və Binəqədi RPİ 7-ci PB-yə təhvil verilib.
Araşdırma aparılır.
mənbə :
lent.az