02.02.2016 / 01:17 xeber –
Gəncə sakini Daşkəsəndə intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini 1954-cü il təvəllüdlü Xanlar Əmirov bilək nahiyəsində damarını kəsərək intihara cəhd edib.
O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Onun hansı məqsədlə intihar etdiyi hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
mənbə :
lent.az