İçeriğe geçmek için "Enter"a basın

Məşhur futbolçu subaylığın daşını atır - FOTO

01-02-2016

21:46 xeber – Türkiyə yığmasının və “Beşiktaş” klubunun futbolçusu Gökhan Töre evlənir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, futbolçu toyunu mövsumun bitdiyi vaxt edəcək. Gökhan Türkiyə çempionatında qalib gələrək ikiqat bayram etməyini planlaşdırır.

Futbolçu sevgilisi Esra Bilgiçi hamıdan gizli saxlayıb. Cütlük hətta sosial şəbəkədə bir birilərini izləmirlər. Gökhan Töre sevgilisi ilə münasibətlərini mediaya sızmasından qorxub.


Gökhan Töre və Esra Bilgiç

Türkiyə çempionatı yayda bitəcək. “Beşiktaş” turnir cədvəlində 17 oyundan sonra 2-ci pillədədir. Komanda “Qalatasaray”dan 5 xal geridədir. Lakin “Qartalların” 2 oyunu ehtiyatda var.

Gökhan Töre Almaniyada anadan olub. O, “Bayer Leverkuzen” ,”Çelsi” , “Rubin”, “Hamburq” klublarında oynayıb.


Türkiyə çempionatın turnir cədvəli

mənbə :
anspress

Meşhur futbolçu subaylığın daşını atır – FOTO