İçeriğe geçmek için "Enter"a basın

İran sanksiyalardan sonra milyardlar qazandı - FOTO

01-02-2016

20:47 xeber – İran xarici hesablardan 100 milyard dollardan artıq gəlir əldə edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin xarici banklardakı hesablarına qoyulan embarqoların əldə edilən nüvə razılaşmasından sonra ləğvi İrana milyardlar qazandırıb.

Bu barədə məlumat verən İran hükumətinin sözcüsü Məhəmməd Baker Nobaht bildirib ki, İranın dondurulmuş aktivlərinin əsas hissəsi Çin, Hindistan , Şimali Koreya və Türkiyə banklarında yerləşib.


Məhəmməd Baker Nobaht İran hökumətinin sözcüsü

Hesablamalara görə, İrana qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra bu ölkənin xarici investorlardan 50 milyard dollar gəlir əldə edəcəyi və bu gəlirin düşən neft qiymətlərindən sonra iqtisadiyyatın yenidən qurulmasına sərf ediləcəyi bildirilib.

İranla “altılıq” ölkələri arasında tarixi razılaşma Vyanada 2015-ci il iyulun 15-də əldə olunub.


Tehranın nüvə proqramına dair danışıqlar

Bu il yanvarın 16-da İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılıb. Bundan sonra İran xarici bazarlara çıxış əldə edib. Əsəsan neft sektorunda güclü inkişafın gözlənildiyi deyilən İran tərəfi bəyan edir ki, 2018-ci ilə kimi ölkə neft hasilatını sutkada 5,7 milyon barrelə qədər qaldıracaq. Həmçinin dünya bazarlarına yola salınacaq neft 1 milyon barrel artırılacaq.

mənbə :
anspress

İran sanksiyalardan sonra milyardlar qazandı – FOTO