20:33 xeber – ” Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi məsələsi üzərində düşünülür”.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrində dərmanların əlavə dəyər vergisindən azad olunması, habelə bu və ya digər dərəcədə əlavə dəyər vergisinə cəlb olunmasına dair nümunələr var.
“Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan formada qərar qəbul olunacaq. Bütövlükdə, Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib işlər görülür, bundan sonra da görüləcək. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin”, deyə o, əlavə edib.
Əli Əhmədov-Baş nazirin müavini
mənbə :
anspress