İçeriğe geçmek için "Enter"a basın

Rəmiş əməliyyat olundu

29-01-2016

11:40 xeber – Xalq artisti Rəmiş adı ilə tanınan Azərbaycanın məşhur gitara ifaçısı Rafiq Hüseynov əməliyyat olunub.

Bu barədə ANS PRESS-ə məlumat verən Rəmişin həyat yoldaşı Güllü Hüseynova bildirdi ki, ifaçı 2 gün əvvəl əməliyyat olunub.

“Rafiq sol gözündən əməliyyat olunub. Gözündə mirvari suyu var idi. Şükürlər olsun ki, indi vəziyyəti yaxşıdır və evdədir. Hazırda yatır”.

Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub. Rəmiş Güllü Hüseynovayla evlidir. Gitaraçı bu evlilikdən öncə, iki dəfə evli olub, iki qızı var.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərində şəkildə ifa edə bilir.

Rəmiş – “Əslində mən” verilişində

Rəmiş 18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Xalq artisti” fəxri adına layiq görülüb.

mənbə :
anspress

Remiş emeliyyat olundu