19:49 xeber – Fransanın PSJ klubu “Barselona”nın ulduzu Neymarı alaraq transfer bombasını partlatmağa hazırlaşır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, parislilər mövsümün sonunda “sambaçı”nı heyətinə qatmaq fikrindədir.
PSJ “Barselona”nın braziliyalı futbolçusu Neymara Kriştiano Ronaldonu transfer edə bilmədikdən sonra göz tikib. PSJ-nin yayda “Real”ın ulduzu üçün 120 milyon avro təklif edəcəyi bildirilirdi. Lakin FIFA-nın “Kral Klubu”na transfer qadağası qoyması planların dəyişməsinə səbəb olub. Artıq Madrid klubunun bu vəziyyətdə Ronaldonu nə olursa-olsun satmayacağı dəqiqdir.
Kriştiano Ronaldo
Fransanın “L`Equipe” dərgisinin iddiasına görə, Paris təmsilçisinin “Barselona” ilə 2018-ci ilədək müqaviləsi olan braziliyalı ulduz üçün 100 milyon avro təklif olunub.
Onu da qeyd edək ki, Neymar cari mövsümdə “Barsa” forması ilə meydana çıxdığı 22 qarşılaşmada 18 qol vurub.
mənbə :
anspress