18:45 xeber – Məşhur Hollivud ulduzu Arnold Şvartsnegger bomjluq edib.
Azadlıq.az xəbər verir ki, anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, tanınmış dünya ulduzu zarafatlarından geri qalmayaraq bu dəfə bomj olmaq qərarına gəlib. Özü də onun şərəfinə ucaldılan abidənin önündə.
Pərəstişkarlarını təəccübləndirmək və güldürmək üçün bu addımı atan Şvartsnegger bomj görkəmində öz abidəsinin qarşısında uzanaraq şəkil çəkdirib və onu internet səhifəsində yerləşdirib.
Arnold Şvartsnegger bomj kimi şəkil çəkdirib.
Yaşıl rəngli yataq dəstinə bürünərək çəkdirdiyi fotonun altından isə Arnold Şvartsnegger “Zaman necə dəyişib” sözlərini yazıb.
Aktyorun qarşısında performans göstərdiyi bürünc heykəl ABŞ-ın Ohayo ştatında yerləşir.
Ohayo ştatı xəritədə
Bundan başqa, Şvartsneggerə vətəni Avstriyadakı dogma kəndi Talda da üç metrlik abidə ucaldılıb.
Siyasi fəaliyyəti və kinematoqrafiya sahəsində uğurları ilə yanaşı, Arnold Şvartsnegger güclü yumor hissinə malikdir. Əvvəllər də o, mum heykəllər muzeyində özünü mumdan olan heykəl kimi apararaq insanlarla zarafat etmişdi. Daha sonra küçədə öz oxşarı ilə döyüşmüş, fitnes klubda məşqçi kimi özünü göstərmişdi.
Arnold Şvartsnegger mum heykəl kimi ziyarətçilərlə zarafat edir:
Arnold Şvartsnegger bodibildinq üzrə dünya çempionu olub. O, “Terminator”, “Əkizlər”, “Kommando” kimi məşhur filmlərdə baş rollarda oynayıb.
Şvartsnegger 2006-cı ildə ABŞ-ın Kaliforniya ştatının qubernatoru seçilib və 2011-ci ilə qədər bu vəzifəni icra edib.
mənbə :
anspress