18:10 xeber – Daxili İşlər Nazirliyinin apardığı kompleks yoxlama tədbirləri nəticəsində Gəncə şəhərinin Kəpəz Rayonu Polis İdarəsinin rəisi tutduğu vəzifədən azad edilib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gəncə şəhəri hüquq-mühafizə orqanlarında olan mənbə bildirib ki, idarə rəisi Ağahüseyn Məmmədov işdən azad edilib.
Ramil Usubov – daxili işlər naziri, general-polkovnik Ramil Usubov
Daha öncə daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Qazax rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Zöhrab İsmayılovu tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Zöhrab İsmayılov bundan öncə Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) rəisi olub və nazirin 2010-cu ildə verdiyi müfaviq əmrlə Qazax rayon Polis Şöbəsinin (RPŞ) rəisi təyin edilib.
mənbə :
anspress