İçeriğe geçmek için "Enter"a basın

Cəlilabadda faciə: Uşaq ehtiyatsızlığın qurbanı oldu

12-01-2016


12.01.2016 / 20:31 xeber –

Cəlilabadda bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 12-də rayonun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Vahid oğlu Qurbanov həyətlərindəki əncir ağacında yüyrük hazırlayarkən ehtiyatsızlıqdan kəndir onun boğazına keçib və yeniyetmə yerindəcə boğularaq dünyasını dəyişib. Onun valideynləri hadisədən xəbər tutanda isə artıq gec olub.

 

Məlumata görə, ailənin ikinci övladı olan Dövran birinci sinif şagirdi idi.

 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

mənbə :
lent.az

Celilabadda facie: Uşaq ehtiyatsızlığın qurbanı oldu