20:25 xeber – “Əl-Qaidə” terror təşkilatı onlarla tərəfdarının edam edilməsinə görə Səudiyyə Ərəbistanı hökumətindən intiqam alacağını bildirib.
Azadlıq.az xəbər verir ki, anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, terror təşkilatının açıqlamasında deyilir ki, bu, Ər-Riyadın qərb tərəfdarları üçün də hədiyyə olacaq.
Yanvarın 6-da isə İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid etmişdi.
Aralarında şiə din alimi Şeyx Nimr əl-Nimrin də olduğu 47 nəfərin edam edilməsindən sonra təşkilat Səudiyyə Ərəbistanında olan həbsxanalara basqın edəcəyini açıqlamışdı.
Açıqlamada bildirilirdi ki, Səudiyyə Ərəbistanında məhbusların çoxunun Əl-Qaidə və İŞİD silahlılarının olduğu həbsxanalara basqınlar təşkil ediləcək:
“Biz hər zaman məhkumları azad etməyə çalışmışıq. Ancaq bu məsələnin həlli deyəsən, hazırkı hakimiyyət getmədən və həbsxanalar yerlə-yeksan olmadan mümkün görünmür”.
Bu il yanvarın 2-də Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib. Edam olunan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz-Zəhrani və digər din xadimi Şeyx Nimr əl-Nimr də olub.
Şeyx Nimr əl-Nimr – edam olunan şiə lideri
Onlar terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunaraq 2014-cü ildə məhkum ediliblər.
Edam edilənlərin 45 nəfəri Səudiyyə vətəndaşı olub, onların əksəriyyətinin 2003-2006-cı illərdə terror aktları törətmiş “Əl-Qaidə” üzvləri olduğu bildirilir.
mənbə :
anspress