11:14 xeber – Azərbaycan – Rusiya sərhəddində yaranmış sıxlıqla bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Samur gömrük postunundan ANS PRESS-ə verilən məlumata görə, sadəcə insanlar tək-tək yoxlandığından bir qədər gecikmə olub.
Maşınlar isə tam sərbəst şəkildə problemsiz buraxılır.
Qeyd edək ki, sıxlıqla bağlı şayiələr yayılıb.
Samur gömrük postunun rəis müavini Cavid Nadirovun ANS PRESS-ə verdiyi məlumata görə, keçid buraxılış məntəqəsində yaranan sıxlıqa səbəb Gürcüstan sərhəddindəki postda baş vermiş qar uçqunudur.
Buna görə, o istiqamətdə olan bütün nəqliyyat vasitələri və vətəndaşlar Samur postuna üz tutublar. Bu səbəbdən Samur gömrük postunda insan sıxlığı müşahidə olunub. Lakin qısa müddətdə sıxlıq tamamı ilə aradan qaldırılıb.
mənbə :
anspress