11.01.2016 / 11:20 xeber –
Əməkdar artist Röya Ayxan müğənni Xatun Əliyeva barəsində danışıb. Lent.az-ın məlumatına görə, “Top kimi şou”da qonaq olan ifaçı bildirib ki, Xatun illər öncə ona şər atıb:
“Bir dəfə Xatunu efirdə gördüm, dedim nə qəşəng qızdır. Dedim ki, “Səndən xoşum gəldi, uğurlar olsun”. Amma üç gündən sonra efirə çıxıb dedi ki, “Röya bütün yollarımı bağlayıb”. Mən isə 4 il susdum, sonra çıxıb efirə dedi ki, bağışla, məni öyrətmişdilər”.
mənbə :
lent.az