İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda ər arvadının qətlini sifariş edib

11-01-2016

10:50 xeber – Bakıda ər həyat yoldaşının qətlini sifariş verib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsindən APA-ya hadisə Zabrat qəsəbəsində qeydə alındığı bildirilib.

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Sevil Rzayeva yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşının sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, S. Rzayevanın əri Rüstəm Rzayev Elşad Həsənov və onun qohumu Kərim Həsənova arvadını qətlə yetirmək üçün 2 min manat verib.

Həyata keçirilən tədbirlər nəticəsində R. Rzayev, E. Həsənov və K. Həsənov tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

mənbə :
anspress

Azerbaycanda er arvadının qetlini sifariş edib