İçeriğe geçmek için "Enter"a basın

Ərəb liderlər toplandı - İranı qınadılar - FOTO

11-01-2016

10:20 xeber – Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası nazirlərinin təcili toplantısı keçirilib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, toplantıda İran və Səudiyyə ərəbistanı münasibvətləri günün mövzusu olub. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Ərəb ölkələrinin daxili işlərinə qarışan İrana qətiyyətli müqavimət göstərəcəklərini söyləyib. “İranın qonşu ölkə olaraq qalabilməsi üçün terrora dəstək verməkdən əl çəkməsi gərəkdir. Əks halda ərəb ölkələrinin müqaviməti ilə qarşı-qarşı olacaq”.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed Əl-Nahyan İranda bir neçə dəfə diplomatlara və konsulluqlara qarşı bu cür hücumların həyata keçirildiyini deyib: “Bu hal, ya İran hökumətinin qurumları qorumaq istəməməsindən, ya da diqqətsizlik nəticəsində meydana gəlir”.

Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Əl-Ərəbi İranın ərəb ölkələrinə müdaxilələrinə son verməsi üçün Ərəb ölkələrinə çağırış edib. Fövqəladə toplantı Səudiyyə Ərəbistanın tələbi ilə baş tutub. İclasın sonunda qəbul edilən bəyanatda Səudiyyə Ərəbistanının Tehran və Məşəddəki nonsulluqlarına hücumla bağlı olaraq İranın qınanması barədə razılıq əldə edilib.


Ərəb Dövlətləri Liqası nazirlərinin təcili toplantısı keçirilib

18 ölkənin XİN rəhbərlərinin Qahirədəki toplantısından sonra Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı XİN rəhbəri, Ərəb Dövlətləri Liqasının baş katibi birgə mətbuat konfransı keçirib.

Bununla yanaşı toplantıda Suriya böhranı, Liviyadakı vəziyyətdə müzakirə mövzusu olub.

Baş katibi Nəbil Əl-Ərəbi mart ayında keçeiriləcək toplantıda təqdim edilmək üçün komitə qurulacağını deyib.


Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi yanvarın 2-də terrorçuluqda ittiham edilən 47 nəfəri edam etdikdən sonra Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərdə gərinlik yaranıb. İki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla “terrorçuluq və ona təhrikçilikdə” ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Hadisədən sonra Bəhreyn, Sudan , BƏƏ, və Səudiyyə Ərəbistanı və digər dövlətlər İranla diplomatik əlaqələri kəsib.

mənbə :
anspress

Əreb liderler toplandı – İranı qınadılar – FOTO