İçeriğe geçmek için "Enter"a basın

"Edam pisdirsə siz niyə insanları asırsınız?"

11-01-2016

06:35 xeber – Azərbaycanın islam ölkəsi olmasa da bir müsəlman ölkəsi olaraq görünüşü xüsusilə indi əhəmiyyətli dərədcədə ümumi mənzərəni dəyişir.

Məsələn, yaxın 15-20 ilin ən nüfuzlu, varlı-karlı dövlətləri belə bu gün səndələyir, zəif yerlərindən vurulur… Səudiyyə Ərəbistanında icra edilmiş bir edam cəzası göstərdi ki, edam kötüyünə təkcə başlar qoyulmur.

İslam ölkələrinin qatıldığı böyük müharibəyə daha iki dövlət qatılır. Sanki bugünədək müsəmlanların cəlb olunduğu bütün irili-xırdalı toqquşmalar bu gün üçün idi. İran və Səudiyyə Ərəbistanın toquşdurmaq üçün. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymlə söhbəti təqdim edirəm.

– Cənab səfir Səudiyyə Ərəbistanı ətrafında baş verən hadisələrin kökündə nə durur? Mən Səudiyyə Ərəbistan hökümətinin edam qərarını və bu edam qərarından sonra baş verən prosesləri nəzərdə tututram.

– Bu hadisələr ondan başladı ki, krallıqda icra olunan şəriət hökmləri barədə İran rejimi aqressiv açıqlamalar verdi. Ardınca ölkəmizin Tehrandakı səfirliyi və Məşhəddəki Baş Konsulluğu təcavuz aktlarına məruz qaldı. Onların binalarına od vuruldu. Əmlakı talan edildi. Birincisi qeyd edim ki, İran rejiminin qeyd edilən açıqlamaları onun terroru dəstəkləyən gerçək üzünü göstərir. Onun region dövlətlərində sabitliyi və təhlükəsizliyi pozmaq siyasətinin bir davamı hesab olunur. İran rejimi terrorçuları müdafiə edib, ona haqq qazandırması ilə onların cinayətlərinə şərik sayılır. Və özünün təhrikedici və gərginlik yaradan siyasətinə görə tam məsuliyyət daşıyır. İkinci məsələyə gəlincə, Krallığın səfirlik və konsulluğuna edilən hücumlar beynəlxalq norma və qanunların kobud sürətdə pozulmasıdır. Diplomotik nümayəndəliklərin, xarici konsulluqların və onların əməkdaşlarının olduğu ölkədə toxunulmazlıq, sağlamlıq və təhlükəsizliyinin təmin edilməsini tələb edən beynəlxalq konvensiya və sazişlərin ən sadə qanunlarına belə bu uyğun gəlmir.

– Sizə elə gəlmirmi ki, daha yumuşaq addım da atmaq olardı. Çünki, 2014-cü ildə çıxarılmışdır bu edam qərarı elə deyil? Yəni ilin-günün bu vaxtında, xüsusilə İslam dövlətləri arasında yaranmış gərgin münasibətlər fonunda, Əl-Riyaddın belə bir addım atması sizcə nə dərəcədə anlaşılandı.

– Məhkəmənin hökmünün məhz bu vaxt icra olunmasında planlaşdırılmış qəribə bir şey yoxdur. İlk öncə vurğulamaq istərdim ki, Krallığın məhkəmə sistemi müstəqil, ədalətli və şəffafdır. O vətəndaşların istər sünni, istər şiə olsun, hansı məzhəbə aid oluğuna baxmır. Sadəcə hansı cinayətdə təqsirli bildiyini və cinayətlə bağlı tutarlı sübutların olub-olmamasını araşdırır. Bir neçə gün öncə krallıqda 47 terrorçu, o cümlədən qeyd etdiyiniz şəxslə bağlı, – halbuki o, şəxs də Səudiyyə Ərəbistanı vətəndaşıdır – məhkəmənin edam qərarı icra olunmuşdur. Həmin şəxslər terrorda, günahsız insanların qanını tökməkdə, təhlükəsizliyi pozmaqda, çaxnaşma yaratmaqda və s. cinayətləri törətməkdə günahkar bilinirdilər. Krallıq öz təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görmək haqqına sahibdir. Və terrorda ittiham olunanlar barəsində verilən edam hökmünü icra etmək onun daxili işi olub, onun əsas suveren hüquqlarındandır.

– Baş verən böhrana müxtəlif ölkələrdən reaksiyalar gəldi. O cümlədən Vaşinqtonan, Moskvadan, İstanbuldan. Bu ölkələrdən, bu mərkəzlərdən gələn bəyanatlar sizin ölkəni nə dərəcədə razı saldı və ya salmadı.

– Bəli, biz əksər ölkə paytaxlarında verilən bəyanatlardan razıyıq. Bəli, ola bilsin bəzi Avropa ölkələrində edam qərarına o qədər də müsbət yanaşmayıblar. Amma onlar həmin şəxsin özünə yox, ümumiyyətlə edam qərarına qarşıdırlar. Və bu münasibəti tək bizə yox, İrana və digər ölkələrə də bu münasibəti göstərirlər. Siz, İstanbul qeyd etdiniz. Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz açıqlamalarında da demişdi ki, Səudiyyə Ərəbistanında icra olunan edam hökmləri onun daxili işidir. Suriyada minlərlə insan qətlinə susanlar, indi Səudiyyə Ərəbistanında bir insanın edamı ətrafında səs-küy qaldırırlar. Bundan əlavə, artıq Bəhreyn, Sudan, Cibuti, Somali kimi ölkələr krallıqla həmrəy olduqlarını bildirmək üçün İranla əlaqələrinə son qoyublar. Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Liviya kimi digər ölkələr isə Tehranla diplomatik əlaqələrini aşağı səviyyəyə endirmişlər.

– İndi böhran vəziyyəti sizcə nə qədər davam edə bilər. Və hansı nəticələrə, hansı fəsadlara gətirib çıxara bilər?

– Böhranın nə qədər davam etməyini Tehranın növbəti addımları təyin edəcək. Çünki, krallıq hesab edir ki, bu böhranın aradan qaldılırması üçün İran ölkəmizin daxili işlərinə qarışmamamlı, terrorçuları dəstəkləməməli, onları maliyyələşdirməməli, mehriban qonşuluq prinsiplərinə hörmət etməlidir. Belə ki, bu müdaxilələr tək ölkəmlə məhdudlaşmır. Həmçinin, İraq, Yəmən, Livan, Suriya və Bəhreyn kimi region ölkələrini də əhatə edir. Qeyd edilən ölkələrdə vətəndaş müharibələri və məzhəbçilik zəminində qarşıdurmaların əsas səbəbi İran rejiminin oraya birbaşa müdaxiləsidir. Əgər bu müdaxilələr və islam aləmində məzhəbçilik və qarşıdurma yaratma cəhdlərinə son qoyulsa, terroru himayə edib ona rəvac verməsə, eləcə də bu işlərin təkrar olunmaması barədə üzərinə öhdəlik götürsə, böhran tez bir zamanda öz həllini tapar. Bizi edamlarda ittiham edən bir tərəf, siz onların özünün edamlarına da baxın, tikinti üçün nəzərdə tutulmuş kranlardan onlar insanları asaraq edam edirlər. Bu onu göstərirki, edam qərarı pisdirsə, siz niyə insanların, uşaqların gözünün qabağında, özü də ən bəsit hüquqlarını tələb edən insanları edam edirsiz.

Biz öz tərəfimizdən yeni gərginliyin yaranmaması üçün bacardığımızı edəcəyik. Bizim əleyhimizə görülən tədbirlər və atılan addımlara qarşı müvafiq davranış sərgiləyəcəyik. Mən Tehrandakı və Məşhəddəki diplomatik korpusumuza edilən hücumları nəzərdə tuturam. Lakin hadisələrin gələcək inkişafı İranın bundan sonrakı addımlarından, onun böhranın həllini nə dərəcədə istəməsindən, qonşu dövtlərin işlərinə qarışmaması və orada çaxnaşma yaratmamasından asılı olacaqdır.

Təşəkkür edirəm səfir suallarımıza cavab verdiyiniz üçün.

Mən də sizə təşəkkür edirəmki, hörmətli tamaşaçılara bu məsələləri aydınlaşdırdız. Biz həmişə İslam həmrəyliyinin, İslam Birliyiin tərəfdarı olmuşuq. Müsəlman ölkələrinin məsələlərini, problemlərini həmişə müdafiə etmişik. Ona görə də biz istəyirik ki, bizim bu sahədə atdığımız addımlar yenə də davam etsin və gərginlik yaşanmasın. Bütün İslam ölkələrinin problemləri vardır. Fələstinin Qüds problemi, Azərbaycanın işğal edilmiş ərazi problemi… və bunların üzərində iş görülməlidir. Amma İran bizim kimi addımlar atmır. O müsəlman ölkələrinin ərazisini işğal edən bəzi dövlətlərə əməkdaşlıq edir və ona dəstək göstərir.

mənbə :
anspress

“Edam pisdirse siz niye insanları asırsınız?”