İçeriğe geçmek için "Enter"a basın

Avtomobil bazarında kəskin ucuzlaşma

10-01-2016

21:32 xeber – Maşın bazarına üz tutanların sayı kəskin azalıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, manatın dəyərdən düşməsi Bakının avtomobil bazarında özünü “ikinci əl” maşınların qiymətinin azalmasında göstərib.

Onların qiymətləri dekabr devalvasiyasından sonra ciddi surətdə düşüb. Bazardakı satıcıların sözlərinə görə, dekabr devalvasiyasından əvvəlki bir neçə ay ərzində avtomobillərin alqı-satqısında bir qədər canlanma hiss olunsa da, hazırda avtomobil bazarında durğunluq hiss olunur.

Qiymətlər düşsə də, insanlar avtomobil almağa tələsmirlər.

“İnsanlarda maşın almağa maraq qalmayıb. Təzə maşınların qiyməti qalxıb, işlənmiş maşınları qiyməti isə aşağı düşüb. Buna baxmayaraq alıçı qabliyyəti yoxdur. Bir iki alıçı gəlir ki, məhz onlarda qiyməti aşağı olan “ikinci əl” avtomobillərlə maraqlanırlar”, – deyə satıcı Müşviq Abdullayev bildirib.

Misal üçün, Azərbaycanda daha populyar olan Almaniya və Yaponiya istehsalı “ikinci əl” avtomobillər 3 min ABŞ dolları civarında ucuzlaşıb.

Ehtiyat hissələrinin ucuz olması və yanacağı qənaətlə işlətməsi səbəbindən alıcıların Koreya maşınlarına marağı artıb.

Bazarda apardığımız müşahidələr zamanı bir maraqlı məqama da rast gəldik. Əgər əvvəl avtomobillərin kreditlə satışına maraq yox idisə və banklar buna getmirdisə, indi kreditlə satış təklifləri çoxalıb.

Bazardakı durğunluğu bu yolla aradan qaldırmağa çalışan satıcılar 25-30%-lik ilkin ödənişlə kreditləşmə təklif edirlər.

Proqnozlara görə, işlənmiş avtomobillərin qiymətləri düşməkdə davam edəcək. Çünki öz maşınını satmaq istəyən çoxdur, alıcılar isə azalıb.

mənbə :
anspress

İlk yorum yapan siz olun

  1. Bəhram 11/01/2016

    Azərbaycanda, xüsusilə Bakıda avtomobil tələbatdan on dəfə artıq-modaya çevrilib. Nəqliyyat vasitəsi kimi max. 10 il resursu var. Deməli, işlənmişi saz qalırsa, dəyəri hər il 10 % düşür. 10 il işlənmişsə metallom sayılır. 5-10 il işlənmiş avtomobili neft ölkəsinə gətirmək doğma vətəni “zibillik” hesab etməkdir.

Yorumlar kapatıldı.

Avtomobil bazarında keskin ucuzlaşma