08.01.2016 / 11:21 xeber –
Faktla bağlı araşdırma aparılır
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzillərdən birində 1951-ci il təvəllüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Zoya Abbasovanın yanmış meyitləri aşkar edilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri, polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.
**
10:15
Bakıda dəhşətli yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az