İçeriğe geçmek için "Enter"a basın

Qonşu:”Qapını açdım ki, yerə sərilib”-VİDEO

06-01-2016

alver
“Qışqırırdı ki, öldürdülər, qaçdılar, apardılar” “Onların evinə gedib-gələn olmurdu”
Dünən Bakının Nəsimi rayonunda dəhşətli qətl törədilib. Quldurluq məqsədilə evə daxil olan şəxslər 45 yaşlı qadını 43 bıçaq zərbəsi ilə öldürərək hadisə yerini tərk ediblər.

Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında mənzildə qadın meyiti tapılıb. İlkin araşdırma zamanı qətlə yetirilən şəxsin 45 yaşlı Məryəm Namədzadə olduğu müəyyənləşib. Hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub. O, dərhal qonşulara və polisə məlumat verib.

Nəsimi rayon polis idarəsi və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gəlbilər. Hadisə yerinə çağırılan kriminal ekspertlər mənzildən əl izləri götürüblər.

Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qonşu: “Qapının zəngi basıldı, açdım ki, ölənin qızı yerə sərilib. Nə qədər soruşdum heç nə demədi. Ancaq qışqırırdı ki, 3 nəfər, öldürdülər, qaçdılar, apardılar. Onların evinə gedib-gələn olmurdu”.

Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur zinət əşyaları mağazasının sahibi olub. Mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir. (Region TV)

Qonşu:”Qapını açdım ki, yerə sərilib”-VİDEO