İçeriğe geçmek için "Enter"a basın

İŞİD Səudiyyə Ərəbistanını hədələdi: “Yerlə yeksan edəcəyik!”

06-01-2016


06.01.2016 / 13:40 xeber –

 

 

İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin 43-ün "Əl-Qaidə" ilə əlaqədə ittiham olunmasıdır. İŞİD Səudiyyə Ərəbistanında həbsdə olan “Əl-Qaidə” üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. “Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin bu problemin həlli tiran idarəçiliyi aradan qaldırılmadan, həbsxanalar yerlə yeksan olunmadan mümkün görünmür” – deyə İŞİD-in yaydığı məlumatda qeyd edilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında edam edilənlərin arasında şiə lider Nimr ən-Nimr də olub. Bu hadisə İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaradıb, iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

mənbə :
lent.az

İŞİD Seudiyye Ərebistanını hedeledi: “Yerle yeksan edeceyik!”