13:23 xeber – Beynəlxalq Bankda daha bir kadr dəyişikliyi olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bankın mühasibatlıq və büdcə departamentinə Anar Nağıyev direktor təyin olunub. Bu vaxta qədər isə o, elə həmin departamentdə direktorun müavini kimi çalışıb.
Mühasibatlıq və büdcə departamentinin bundan əvvəlki direktoru isə Rəşad Qasımov olub. O, 2015-ci il dekabrın 24-dən “İnter” futbol klubunun prezidenti seçildiyinə görə bankdakı vəzifəsindən gedib.
Bu günlərdə isə “Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanmışdı. Müşahidə şurasının sədri Murad Şirəliyev təyin olunmuşdu. Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev hazırda ABB-nin İdarə Heyətinin sədr müavinidir.
Murad Şirəliyev – “ABB-Moskva”nın Müşahidə Şurasının sədri
“ABB-Moskva”nın Müşahidə Şurasının digər iki üzvü isə Fuad İslamov və Məzahir Dadaşov seçiliblər. Fuad İslamov hazırda ABB-nin baş direktoru, Məzahir Dadaşov isə bankın risklərin idarə edilməsi departamentinin direktorudur.
mənbə :
anspress