11:08 xeber – “Apple” şirkəti iPhone 6 modellərinin istehalını azaldıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, istehsalın azaldılması fonunda şirkətin səhmləri dəyərini itirməyə başlayıb. Beləki, NyuYork bazarında “Apple” səhimlərinin qiyməti 2.8% aşağı düşüb.
2016-cı ilin birinci rübündə Amerika şirkəti “Apple” yeni smartfon modelləri olan, iPhone 6s və iPhone 6s Plus-un istehsalını 30% azaldacaq.
Yapon qəzeti “Nikkei” nin məlumatına görə, şirkətin planlarında iPhone 6 və iPhone 6 Plus modellərinin istehsal həcmininin keçmiş modellərin səviyyəsində saxlamaq var idi, lakin dünya üzrə satışların aşağı düşməsi planları dəyişdirdi.
iPhone 6s modeli
Apple analitkləri düşünürlər ki, 6s və 6sPlus modellərinin istehsalının azaldılması əvvəlki modellərin satılmasına imkan yaradacaq.
iPhone 6s Plus modeli
Apple 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır.
Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik edir. Apple Macintosh, iPhone, Mac Book, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır.
mənbə :
anspress