03.01.2016 / 19:22 xeber –
Prezident İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktubu yollayıb. Lent.az AzərTAc-a istinadən məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident,
Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
mənbə :
lent.az