İçeriğe geçmek için "Enter"a basın

Mirqədirova hökm oxundu

28-12-2015

17:30 xeber – Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azadlıq.az xəbər verir ki, anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıb.

Jurnalist 3 ay müddətinə həbs edildiyi zaman

Aprelin 21-də Baş Prokurorluğun mətbuat xidməti Rauf Mirqədirovla bağlı məlumat yayıb. Həmin məlumatda deyilir: “Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin, dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.”


Azadlıqdan məhrum edilən jurnalist

Rauf Mirqədirov özü də həbsdə olduğu müddətdə bəyanat yayıb. Onun bəyanatında deyilir:

“Məni Türkiyə Cümhuriyyəti ərazisində vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş bir hadisədir. Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədarətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası PA-nın növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verilib. Düşünürəm ki, prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.

Rauf Mirqədirovun vəkili jurnalistin azad olunması üçün Nəsimi Rayon məhkəməsinə də müraciət etsə də, Nəsimi rayon məhkəməsində hakim Pərviz Hüseynov şikayəti təmin etməyib.

Rauf Mirqədirovu yalnız atası dünyasını dəyişəndə 3 günlüyə azadlığına icazə verilib.

mənbə :
anspress

Mirqedirova hökm oxundu