25.12.2015 / 11:21 xeber –
Türkiyənin tanınmış müğənnisi Hadisənin Quba konserti baş tutmayacaq. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ifaçının Yeni il gecəsi Qubada konserti təxirə düşüb. Məlumatda bildirilir ki, tanınmış müğənni Azərbaycanda verəcəyi konsertdən 700 min lirə (250 min dollar) qazanacaqmış: “Azərbaycandakı böhran Hadisəyə də təsir etdi. Onun konserti təxirə düşdü. Qubadakı beşulduzu bir oteldə konsert verməli olan sənətçi 700 min lirə (250 min dollar) alacaqdı. O, təşkilatçılardan aldığı pulu da geri qaytarıb”.
mənbə :
lent.az