05.03.2015 00:49 xeber –
Xorvatiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası “Hayduk” da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda “Vinoqradar”la qarşılaşıb. Matç Split klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda debüt edən Ruslan 46-cı dəqiqədən etibarən meydanda olub.
Qeyd edək ki, “Hayduk” bu rəqibinə səfərdə də 3:0 hesabıyla qalib gəlmişdi. Nəticədə, Split təmsilçisi Xorvatiya Kubokunun yarımfinalına vəsiqə əldə edib.
Mənbə : Anspress.com