11:13 xeber – Ağdamın “Qarabağ” klubu yeni rekorda imza atıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Qurban Qurbanovun yetirmələri qış fasiləsinə ən böyük üstünlüklə yollanan komanda olub.
Premyer Liqada mövsümün ilk yarısını 38 xalla tamamlayan Ağdam klubu ən yaxın izləyicisi “İnter”i 8 xal qabaqlayır. Bu isə ölkə çempionatları tarixində qış fasiləsində qeydə alınan ən böyük fərqdir.
1993/94 mövsümündən etibarən payız-yaz sistemi ilə keçirilən ölkə çempionatlarında bunadək ən böyük üstünlük 5 xala bərabər idi. 2006/07 mövsümündə “Xəzər Lənkəran” “MKT Araz”ı, növbəti il isə “Olimpik” Lənkəran təmsilçisini 5 xal qabaqlamışdı. Ötən il isə “Qarabağ” “İnter”i eyni hesabla arxada qoyub.
Azərbaycan çempionatın turnir cədvəli
mənbə :
anspress