İçeriğe geçmek için "Enter"a basın

Bakıda tənha yaşayan şəxsin meyiti tapılıb

22-12-2015


22.12.2015 / 10:38 xeber –

Bakıda mənzildə meyit aşkarlanıb. Lent.az-ın məlumatına görə, dünən saat 16 radələrində Qurban Abbasov küçəsi, ev 15, mənzil 40 ünvanında tək yaşayan 1952-ci il təvəllüdlü Cabbarov İkram Rza oğlu öz evində vəfat edib. Meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

 

Hadisə yerinə 3 saylı Təcili Tibbi Yardım Sstansiyasının əməkdaşları gəlsə də, artıq gec olub.

mənbə :
lent.az

Bakıda tenha yaşayan şexsin meyiti tapılıb