İçeriğe geçmek için "Enter"a basın

Prokuror Rauf Mirqədirova 7 il həbs istədi

16-12-2015


16.12.2015 / 11:56 xeber –

Növbəti proses dekabrın 23-də keçiriləcək

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı Mübariz Mirili çıxış edərək məhkəmədən jurnalist barəsində 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.

 

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub.  Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

 

mənbə :
lent.az

Prokuror Rauf Mirqedirova 7 il hebs istedi