İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın büdcəsində azalmalar var

16-12-2015

11:40 xeber – 10 ay ərzində dövlətbüdcəsininəsiri ÜDM-in 0,1%-ni təşkil edib.

2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin kəsiri 51,2 mln. manat və ya ÜDM-in 0,1%-ni təşkil edib. Dövlət Statistika Komitəsindən məlumatına görə 2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13 mlrd. 874,1 mln. manat təşkil edib. 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 12,1% olub.

Mənfəət vergisi üzrə daxilolmalar 1 mlrd. 927,8 mln. manat (azalma 10,1%), ƏDV üzrə 2 mlrd. 654,7 mln. manat (artım 5,7%), gəlir vergisi üzrə 895,6 mln. manat (artım 13,3%), aksizlər üzrə 535,8 mln. manat (azalma 22,1%) təşkil edib, qalan göstəricilər digər vergi və daxilolmaların payına düşüb.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 13 mlrd. 925,3 mln. manat (artım 0,5%) təşkil edib.

Bununla yanaşı, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 596,4 mln. manat (azalma 1,9%), təhsil sahəsinə 1 mlrd. 114 mln. manat (artım 4,9%), səhiyyə sahəsinə 514,9 mln. manat (artım 2,6%), ümumi dövlət xərclərinə 1 mlrd. 317,2 mln. manat (artım 18,9%), hüquq-mühafizə və məhkəmə orqanlarına 839,8 mln. manat (artım 1,2%), iqtisadiyyatın inkişafına 5 mlrd. 428,6 mln. manat (azalma 6,8%) yönəldilib. Qalan vəsait digər sahələrin payına düşüb.

2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat, kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində təsdiq edilib.

Maliyyə Nazirliyinin qiymətləndirmələrinə əsasən, cari ilin yekunları üzrə dövlət büdcəsinin gəlirləri 17 mlrd. 80 mln. manat, xərcləri 17 mlrd. 730 mln. manat, kəsiri 650 mln. manat və ya ÜDM-in 1,1%-i səviyyəsində olacaq.

mənbə :
anspress

Azerbaycanın büdcesinde azalmalar var