İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev ATƏT-in Baş katibinə: Təşkilat daxilində fəaliyyətsiz strukturların ləğvinin vaxtı çoxdan yetişib

18-02-2024

[r32] 2024-02-18 16:52:07- Xeber –
ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşündə bildirib.
Dövlət başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırıb.

[r34]

Mənbə

İlham Eliyev ATET-in Bas katibine: Teskilat daxilinde fealiyyetsiz strukturlarin legvinin vaxti coxdan yetisib