İçeriğe geçmek için "Enter"a basın

İsrail qırıcıları “Hizbullah”ın hərbi bazalarına zərbələr endirib

16-02-2024

[r32] 2024-02-16 02:34:20- Xeber –
İsrail qırıcıları Livanda “Hizbullah”ın üç hərbi bazasına hücum edib.
“Report”un məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
“Bir müddət əvvəl İsrail ordusunun döyüşçüləri Livanın cənubundakı Kantara, Yarin və Taybe ərazilərində “Hizbullah”ın üç hərbi bazasına hücum edib”, – məlumatda deyilir.
Bundan əlavə, ordu “Livanın cənubundakı Labune bölgəsində “Hizbullah”ın daha bir terror obyektinə zərbə endirib”, – mətbuat xidməti əlavə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

İsrail qiricilari “Hizbullah”in herbi bazalarina zerbeler endirib