İçeriğe geçmek için "Enter"a basın

ABŞ Konqresin təsdiqindən yayınmaqla Ukraynaya 4 milyon mərmi tədarük edə bilər

15-02-2024

[r32] 2024-02-15 19:29:09- Xeber –
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresin təsdiqindən yayınmaqla Ukraynaya 4 milyona qədər mərmi tədarük etmək imkanını nəzərdən keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
Nəşr qeyd edir ki, Bayden üçüncü ölkələrə ildə 500 milyon dollar dəyərində “izafi müdafiə malları vermək” ilə bağlı hüquqi boşluqdan istifadə edə bilər. ABŞ silahların əhəmiyyətli bir hissəsini Ukraynaya dairəvi mübadilə proqramları çərçivəsində ötürdüyünə görə, bu, onların dəyərini sıfıra endirməyə və qiymət tavanından çıxarmağa imkan verir.
Daha əvvəl Bayden Nümayəndələr Palatasını Ukraynaya yardım layihəsini dərhal qəbul etməyə və imza üçün ona göndərməyə çağırmışdı.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

ABS Konqresin tesdiqinden yayinmaqla Ukraynaya 4 milyon mermi tedaruk ede biler