İçeriğe geçmek için "Enter"a basın

Corciya ştatında məktəblilərə atəş açılıb, yaralılar var

15-02-2024

[r32] 2024-02-15 04:42:56- Xeber –
ABŞ-nin Corciya ştatının Atlanta şəhərinin cənub-qərbində orta məktəb şagirdlərinə atəş açılması nəticəsində dörd məktəbli yaralanıb.
“Report” “Atlanta News First”ə istinadən xəbər verir ki, bu barədə dairənin nümayəndəsi bildirib.
Telekanalın məlumatına görə, insident məktəb binasının qarşısındakı duracaqda baş verib. Naməlum şəxslər avtomobildən atəş açıb, nəticədə dörd şagird yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar, hazırda həyatları üçün təhlükə yoxdur. Hadisədən sonra məktəb bağlanıb və bütün dərsdənkənar tədbirlər ləğv edilib.
Polis şübhəlilərin həbsi barədə açıqlama verməyib və ya onların kimliyinin müəyyən edildiyini bildirməyib.

[r34]

Mənbə

Corciya statinda mekteblilere ates acilib, yaralilar var