İçeriğe geçmek için "Enter"a basın

BƏƏ-nin Baş naziri Azərbaycanın dövlət başçısına təbrik ünvanlayıb

13-02-2024

[r32] 2024-02-13 19:39:05- Xeber –
Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“Report” xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Növbədənkənar Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına inkişaf və firavanlıq arzulayıram”.

[r34]

Mənbə

BEE-nin Bas naziri Azerbaycanin dovlet bascisina tebrik unvanlayib