İçeriğe geçmek için "Enter"a basın

Göyçay rayonunda avtomobil piyadanı vuraraq öldürüb

11-02-2024

[r32] 2024-02-11 21:46:54- Xeber –
Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub.
Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

[r34]

Mənbə

Goycay rayonunda avtomobil piyadani vuraraq oldurub