İçeriğe geçmek için "Enter"a basın

Qubada minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

11-02-2024

[r32] 2024-02-11 18:14:51- Xeber –
Qubada minik avtomobili ağaca çırpılıb, yaralananlar var.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Lada-Priora” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 5 nəfər ağır xəsarətlər alıb.
Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.

[r34]

Mənbə

Qubada minik avtomobili agaca cirpilib, xesaret alanlar var