İçeriğe geçmek için "Enter"a basın

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin olunub

10-02-2024

[r32] 2024-02-10 13:47:33- Xeber –
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin olunub.
“Report” xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk özünün teleqram kanalında yazıb.
O bildirib ki, sözügedən vəzifəni bundan sonra Oleksandr Pavlyuk icra edəcək.
Məlumat üçün bildirək ki, Pavlyuk indiyə kimi Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, fevralın 8-nə qədər general-polkovnik Aleksandr Sırski Quru Qoşunların komandanı idi. O, general-polkovnik Valeri Zalujnı vəzifəsindən azad edildikdən sonra baş komandan təyin edilib.

[r34]

Mənbə

Ukrayna Silahli Quvvelerinin Quru Qosunlarina yeni komandan teyin olunub