İçeriğe geçmek için "Enter"a basın

Xocavənd rayonunda baş verən sursat partlayışın təfərrüatı açıqlanıb

10-02-2024

[r32] 2024-02-10 12:10:22- Xeber –
Azərbaycan Minatəmizləmə Agentliyi Xocavənd rayonunda baş verən sursat partlayışın təfərrüatını açıqlayıb.
Bu barədə “Report”a ANAMA Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.
Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.
ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Xocavend rayonunda bas veren sursat partlayisin teferruati aciqlanib