İçeriğe geçmek için "Enter"a basın

Kreml: "Zalujnının istefaya göndərilməsi döyüşlərin gedişinə təsir etməyəcək"

09-02-2024

[r32] 2024-02-09 13:25:55- Xeber –
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfsransında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefaya göndərilməsinin döyüşlərin gedişinə təsir etməyəcəyini deyib.
“Report” xəbər verir ki, bu bardə Rusiya KİV-ləri məlumat yayıb.
“Bu vəzifəyə Aleksandr Sırskinin təyin edilməsi heç bir şəkildə hərbi əməliyyatların gedişinə təsir etməyəcək. Rusiya məqsədlərinə çatana qədər Ukraynada hərbi əməliyyatları davam etdirəcək”, – D.Peskov bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanının dəyişdiyini açıqlayıb. O, V.Zalujnını istefaya göndərib və bu vəzifəyə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general Aleksandr Sırskini təyin edib.

[r34]

Mənbə

Kreml: “Zalujninin istefaya gonderilmesi doyuslerin gedisine tesir etmeyecek”