[r32] 2024-02-08 13:13:40- Xeber –
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.
“Report” Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” adlı turnirin B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”ı ilə qarşılaşıb.
İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci qələbəsini qazanıb.
“Qarabağ” bu dəfə də rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli fərqlənib.
Qeyd edək ki, komanda qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]