İçeriğe geçmek için "Enter"a basın

Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı təhqiqat başa çatıb

08-02-2024

[r32] 2024-02-08 04:55:22- Xeber –
Xüsusi prokuror Robert Hyor ABŞ Prezidenti Cozef Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmasını başa çatdırıb.
“Report”un məlumatına görə, bunu ədliyyə naziri – baş prokuror Merrik Qarlend ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatının hüquq komitələrinin rəhbərlərinə ünvanladığı məktubda bildirib.
“Sizə məlumat verirəm ki, xüsusi prokuror Robert Hyor araşdırmasını başa çatdırıb”, – məktubda qeyd edilir. “Mən qanunun və Departamentin siyasətinin tələblərinə uyğun olaraq, xüsusi prokurorun hesabatından mümkün qədər çox məlumatı açıqlamaq niyyətindəyəm”, – o əlavə edib.
Qarlend vurğulayıb ki, hesabatı, onun əlavələrini və xüsusi prokurorun məktubunu tezliklə Konqresə təqdim etmək niyyətindədir.

[r34]

Mənbə

Baydenin mexfi senedlerle sehv davranmasi ile bagli tehqiqat basa catib