İçeriğe geçmek için "Enter"a basın

Kot-d'İvuar və Nigeriya yığmaları Afrika kubokunun finalında oynayacaqlar

08-02-2024

[r32] 2024-02-08 03:00:53- Xeber –
Kot-d’İvuarın futbol yığması Afrika Millətlər Kubokunun yarımfinal matçında Konqo Demokratik Respublikası komandasını 1:0 hesabı ilə məğlub edib.
“Report”un məlumatına görə, turnir Kot-d’İvuarda keçirilir.
Qarşılaşmadakı yeganə qolu 65-ci dəqiqədə hücumçu Sebastyan Aller vurub.
Finalda Kot-d’İvuar komandası digər yarımfinal matçında Cənubi Afrika Respublikasını məğlub etmiş Nigeriya komandası ilə qarşılaşacaq. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb, penaltilər seriyasında nigeriyalılar 4:2 hesabı ilə qalib gəlib.
Yarımfinalda məğlub olanlar fevralın 10-da baş tutacaq üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Final bir gün sonra baş tutacaq.
Afrika Kuboku əvvəlcə 2023-cü ildə keçirilməli idi, lakin hava şəraitinə görə 2024-cü ilə təxirə salınıb. Sonuncu dəfə turnir 2022-ci ildə keçirilib, həmin vaxt Seneqal komandası qalib gəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Kot-d’İvuar ve Nigeriya yigmalari Afrika kubokunun finalinda oynayacaqlar