İçeriğe geçmek için "Enter"a basın

ŞƏT-in baş katibi seçkilərdə müşahidə ilə bağlı dəvətə görə Azərbaycana təşəkkür edib

06-02-2024

[r32] 2024-02-06 18:56:51- Xeber –
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edib.
“Report” xəbər verir ki, Can Min seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb.
Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb.
Görüş zamanı qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

SET-in bas katibi seckilerde musahide ile bagli devete gore Azerbaycana tesekkur edib