[r32] 2024-02-06 12:11:54- Xeber –
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Baş naziri postuna Oljas Bektenovun namizədliyini irəli sürüb.
“Report” xəbər verir ki, o, hazırda Prezident Administrasiyasına rəhbərlik edir.
1980-ci ildə Almatıda anadan olan O.Bektenov Qazaxıstan Dövlət Hüquq Akademiyasını bitirib. Müxtəlif illərdə Prezident Administrasiyasında fərqli vəzifələrdə çalışıb.
Xatırladaq ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.
Kasım-Jomart Tokayev fevralın 5-də hökuməti istefaya göndərib.
Bizim WhatsApp kanalımıza abunə olun
[r34]