İçeriğe geçmek için "Enter"a basın

DÇ–2026-nın final matçının keçiriləcəyi yer məlum olub

05-02-2024

[r32] 2024-02-05 01:33:57- Xeber –
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu ABŞ-nin Nyu-Cersi ştatında yerləşən İst-Ruterford şəhərində keçiriləcək.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Kubok uğrunda görüş matç iyulun 19-da “MetLife Stadium”da baş tutacaq. Final qarşılaşmasına 82,5 min tamaşaçı qatılacaq – bu, arenanın yerləşə biləcəyi qədərdir. Üçüncü yer uğrunda oyun Mayamidə, 64 767 tamaşaçı tutumuna malik “Hard Rock Stadium”da keçiriləcək.
Dünya çempionatı Meksika millisi ilə açılacaq. Komanda açılış matçını iyunun 11-də Mexikodakı 87 523 tamaşaçı tutumuna malik “Azteca” stadionunda keçirəcək. Turnirin ev sahibi ölkənin rəqibi daha sonra müəyyənləşəcək.
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına üç ölkə – Meksika, ABŞ və Kanada ev sahibliyi edəcək. Meksika üçüncü dəfədir ki, öz ərazisində belə bir turnirə ev sahibliyi edir, buna qədər oyunlar 1970 və 1986-cı illərdə keçirilib. Bu, Kanada üçün ilk Dünya Kuboku olacaq; oyunlar Vankuver və Torontoda keçiriləcək.
2026-cı il dünya çempionatı ilk dəfə 48 milli komandanın (əvvəllər 32 komanda var idi) iştirakı ilə keçiriləcək. Turnirdə ümumilikdə 104 qarşılaşma baş tutacaq.
Hazırkı dünya çempionu Argentina millisidir.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

DC–2026-nin final matcinin kecirileceyi yer melum olub