İçeriğe geçmek için "Enter"a basın

KİV: Britaniya Ordusu kadr çatışmazlığı səbəbindən genişmiqyaslı müharibəyə hazır deyil

04-02-2024

[r32] 2024-02-04 19:03:17- Xeber –
Böyük Britaniya ordusu kadr çatışmazlığı və qoşunların saxlanılmasında çətinliklər səbəbindən genişmiqyaslı və uzunmüddətli müharibəyə hazır deyil.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti yanında Müdafiə Komitəsinin hesabatında deyilir.
“Hökumət hərbi sənaye bazasını islahatları sürətləndirmədən saxlaya və yüksəkintensivlikli döyüş hazırlığının istənilən səviyyəsinə nail ola bilməyəcək”, – hesabatda bildirilir.
Bundan əlavə, hesabat müəllifləri uzunmüddətli müharibəyə hazırlığın lazımi səviyyədə aparılmadığı qənaətinə gəliblər.
“Belə olan təqdirdə silahlı qüvvələri daha çox insanın tərk etməsi təəccüblü deyil”, – hesabat müəllifləri deyir.

[r34]

Mənbə

KİV: Britaniya Ordusu kadr catismazligi sebebinden genismiqyasli muharibeye hazir deyil